Sentyabrın 13-də Ağdam Olimpiya İdman Kompleksində rayon
gənclər və idman idarəsi tərəfindən 2001-2002-ci il
təvəllüdlü uşaqlar arasında Qarabağ şəhidlərinin
xatirəsinə həsr olunmuş boks üzrə açıq turnir keçirilib.
Turnirin keçirilmə məqsədi Qarabağ şəhidlərinin
xatirəsinin yad edilməsi, boks idman növünün
kütləviliyinin artırılması, qarşıdakı yarışlara hazırlıq
və perspektivli idmançıların aşkar edilməsindən
ibarətdir. Turnirdə rayon idmançıları ilə yanaşı
Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Şirvan təmsilçiləri də
iştirak edib.
Yarışın təntənəli açılışında çıxış edən rayon gənclər və
idman idarəsinin rəisi Elnur Əhmədov respublikamızda
idmana göstərilən dövlət qayğısı barədə iştirakçılara
ətraflı məlumat verərək Ağdam rayonunda da bu qayğının
məntiqi davamı olaraq idmanın inkişafı üçün görülən
işlərdən danışıb. Çıxış edən rayon Qazilər Birliyinin
sədri Şamil Əbilov və digər qonaqlar da idmanın təmas
cəbhə bölgəsində yaşayan uşaq və yeniyetmələrin fiziki
cəhətdən sağlam böyüməsində xüsusi əhəmiyyət kəsb
etdiyini qeyd ediblər.
Beynəlxalq qaydalara uyğun keçirilən turnirdə I, II və
III yeri tutan idmançılar diplom və medallarla təltif
ediliblər.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |