| 
						
						Təhsil Nazirliyinin tabeliyindəki idman məktəbinin 
						yetirməsi boks üzrə dünya birinciliyinin qalibi olub. 
						
						"Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli 
						Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları 
						Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Azərbaycan 
						yığma komandasının üzvü Məhəmməd Abdullayev Rusiyanın 
						Sankt-Peterburq şəhərində keçirilən boks üzrə 
						yeniyetmələr arasında Dünya birinciliyində +80 kq çəki 
						dərəcəsində uğurla çıxış edərək final mərhələsinə vəsiqə 
						qazanıb. Finalda isə Almaniya təmsilçisi Daniel Melsam 
						üzərində inamlı qələbə qazanaraq I yerə layiq görülüb.   
						
						www.edu.gov.az |