Sentyabrın 15-də Bakı Modern Məktəbinin yeni tədris
korpusunun açılışı olub.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi,
məktəbin müəllim-şagird kollektivi və valideynlər
iştirak ediblər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci
müavini Şahmar İbadov, YAP Nərimanov rayon təşkilatının
sədri Təmraz Tağıyev və digər çıxış edənlər ölkəmizdə
təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu
istiqamətində görülən işlərdən bəhs ediblər.
Qeyd edək ki, 2012-2013-cü tədris ilindən fəaliyyətə
başlayan sözügedən təhsil ocağında Azərbaycan, rus və
ingilis dillərində həyata keçirilən tədris proqramı
ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri
üzərində qurulub. Məktəb dövlət standartlarına
əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından
istifadə etməklə özünün tədris planı və proqramlarını
tərtib edərək həmin plan və proqramlara uyğun olaraq
tədris prosesini təşkil edir. |