Xəzər Universitetində "Əlilliyi olan şəxslərin
Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının
təməlinin qoyulması" (ESFIDIP) adlı TEMPUS layihəsi
çərçivəsində əlilliyi olan tələbələr üçün mərkəz
yaradılıb.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki,
mərkəzdən ölkəmizin ali məktəblərində təhsil alan bütün
əlil tələbələr faydalana bilər. Yeni yaradılan mərkəz
əlilliyi olan tələbələr üçün inkişaf imkanları və
şəraiti təmin edən, həmçinin onların təhsilə
inteqrasiyasını dəstəkləyən bir strukturdur. Eyni
zamanda, əlilliyi olan tələbələrin təhsil və təlim
resurslarından istifadə etməsinə, bacarıq və
qabiliyyətlərinin inkişafına, potensialın qurulmasına
yardım göstərir. |