Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Uğurları ilə zirvələrə doğru

 

Böyütmək üçün seçin Respublikamızın hər yerində olduğu kimi, Bakıdakı 108 nömrəli tam orta məktəbdə də yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirildi. Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri açan məktəbin direktoru Narınc Mehdiyeva pedaqoji kollektivi, şagirdləri, onların valideynlərini 15 sentyabr - Bilik günü münasibətilə təbrik etdi. Bildirdi ki, ötən tədris ili məktəbimiz üçün uğurlu olmuşdur. Belə ki, məktəbin ötənilki məzunlarının 73 faizi müxtəlif ali təhsil ocağına qəbul olunub. Məhz bu amilə görə, hər il olduğu kimi, bu il də birinci sinfi bizim məktəbdə oxumaq istəyənlərin sayı artıb.

Məktəbin direktoru N.Mehdiyeva Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi-siyasi islahatlardan, dövlətimizin digər sahələrlə yanaşı təhsilə göstərdiyi qayğıdan ətraflı bəhs etdi. Vurğulandı ki, ölkəmizin ən ucqar yerində belə hazırda yeni məktəb binaları tikilir, köhnə məktəblər təmir olunur, müasir sinif otaqları istifadəyə verilir. Bütün bunlar, o cümlədən Təhsil Nazirliyinin son illər apardığı məqsədyönlü islahatlar təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Qeyd edildi ki, 108 nömrəli məktəb son illər qəsəbənin nümunəvi məktəblərindən birinə çevrilmişdir. Hər il məktəbdə bir sıra yeniliklər tətbiq edilir. Cari ildə məktəb rəhbərliyinin təşəbbüsü ilə bütün müəllimlərin vahid formada-uniformada dərs aparmaları kollektiv tərəfindən müsbət qarşılanıb. Təhsil və tədrisin ən müasir yeniliklərini tətbiq edən bu təhsil ocağının Maştağa qəsəbəsində  müəllimlərin vahid formaya keçən ilk məktəb olduğu vurğulandı.

Maştağa bələdiyyəsinin sədri İlqar Qurbanov da çıxışında yeni dərs ilinin başlaması münasibətilə bu il məktəbə ilk addımlarını atan birinciləri, valideynləri, həmçinin pedaqoji kollektivi təbrik etdi, onlara elmin sirlərinə yiyələnmələrində var qüvvələri ilə çalışmağı arzuladı.

Sonda ilk zəng sədaları altında şagirdlər sinif otaqlarına keçdilər. İnanırıq ki, bu gün məktəb yollarında ilk kövrək addımlarını atan şagirdlərin sırasından gələcəyin müəllimi, həkimi, mühəndisi və sair ixtisas sahibləri yetişəcək. Yolunuz açıq olsun, əziz məktəblilər! 

Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov