Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Yeni tədris ilində 94 şagird birinci sinfə qəbul olunub

 

Bakıdakı 39 nömrəli tam orta  məktəbdə də Bilik günü təntənə ilə qeyd olunub. Mərasimi məktəbin direktoru Tahirə Şükürova  açaraq yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri ürəkdən təbrik edib. Bildirilib ki,  ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan təhsil islahatları bu gün öz bəhrəsini verməkdədir.  Direktor təhsil sahəsi ilə bağlı proqramların uğurla icra olunduğunu,  Prezident İlham Əliyevin ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu sahəyə göstərdiyi diqqət və qayğının  hər yerdə açıq-aydın hiss edildiyini bildirib.

Qeyd olunub ki, yeni tədris ilində 94 şagird (onlardan 23-ü rus bölməsi) birinci sinfə qəbul olunub. Tam orta təhsilini başa vurmuş  54 məzundan 42-si qəbul imtahanlarında yaxşı nəticə göstərib. Onlardan biri-Leyla Qurbanova 646 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.

Sagirdlərin sevincinə qoşulan Nərimanov Rayon Veteranlar Şurasının sədri Sevil Məmmədova, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəzakət Məmmədova, Milli Qəhrəman, məktəbin adını daşıdığı  N.Nəsrəddinovun qardaşı Mehdi Nəsrəddinov birinciləri təbrik ediblər. Qonaqlar onlara dərslərini yaxşı oxumağı və Azərbaycanımıza layiq vətəndaş olmağı arzulayıblar.  

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov