Bakıdakı 13 nömrəli tam orta məktəbdə keçirilən Bilik
günü mərasimində ilk zəng çalındıqdan sonra
Azərbaycanın Dövlət bayrağı səhnəyə gətirilib və himnin
sədaları altında qaldırılıb. Mərasimi açıq elan edən
tədbirin aparıcıları öncə yeni dərs ilinin başlanması və
Bilik günü münasibəti ilə iştirakçıları, xüsusən də bu
günü hamıdan çox intizarla gözləyən birinciləri təbrik
edib, onların valideynlərinə gözaydınlığı veriblər.
Təhsili millətin gələcəyi hesab edən ümummilli lider
Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi yolunda sonsuz fədakarlığından və
Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və
qayğıdan danışılıb. Tədbirin aparıcıları məktəb
kollektivi adından təhsil sahəsindəki uğurlara və bu
sahəyə olan böyük diqqətə görə dövlətimizin başçısına
və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını
bildirdilər.
Birinciləri və onların valideynlərini təbrik edən
məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova
şagirdlərə dərslərində uğurlar, müəllimlərə isə şərəfli
peşələrində daha da ucalmağı arzulayıb.
Çıxış edən qonaqlar da müəllimləri, birinciləri və
onların valideynlərini təbrik ediblər. Birincilər
müxtəlif şeirlərlə, mahnılarla həmin günü unudulmaz
xatirəyə çeviriblər.
Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi" |