| 
						
						
						 Gəncə 
						Dövlət Universitetində  15 sentyabr - Bilik günü 
						münasibətilə təntənəli tədbir keçirilib. Tədbiri 
						universitetin rektoru, professor Yusif Yusibov açaraq 
						tələbələri,  valideynləri, müəllim və digər 
						iştirakçıları təbrik edib, onlara yeni tədris ilində 
						cansağlığı və yeni-yeni uğurlar diləyib. Rektor qeyd 
						edib ki, bu il universitetə 1239 nəfər tələbə qəbul olub. 
						Onlardan 66 nəfəri 500-600 arası, 3 nəfəri isə 600-dən 
						yuxarı bal toplayıb. 
						
						Professor Y.Yusibov xüsusi qeyd edib ki, möhtərəm 
						Prezidentimiz cənab İlham Əliyevin təhsilə göstərdiyi 
						qayğı və diqqəti sayəsində universitet son illər sürətlə 
						inkişaf edib, tədris binaları yüksək səviyyədə təmir 
						edilib, müasir tələblərə cavab verəcək maddi-texniki 
						baza ilə zənginləşdirilib. Tədris prosesində yeni 
						informasiya texnologiyalarından geniş istifadə edilir. 
						Bu məqsədlə universitet yeni informasiya texnologiyaları 
						ilə müvafiq şəkildə təmin edilib, "ağıllı lövhələr", ağ 
						lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınıb, 
						bütün kafedralar, şöbə və dekanlıqlar və digər struktur 
						bölmələr kompüterlərlə təchiz olunub,  yüksəksürətli (15 
						meqabit) internetə çıxış təmin edilib. Rabitə və Yüksək 
						Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Aztelekom" İB  
						tərəfindən korpuslara "Fiber optik kabel"in çəkilişi 
						uğurla başa çatdırılıb. Fasiləsiz işləyən İnternet xətti 
						professor-müəllim heyəti və tələbələrin operativ 
						informasiya mübadiləsini təmin edir. Gəncə Dövlət 
						Universitetinin xüsusi saytı yaradılıb, burada 
						universitet həyatı, struktur bölmələr, tədris prosesi, 
						elmi-tədqiqat fəaliyyəti haqqında zəruri informasiyalar 
						yerləşdirilib.  
						
						Universitetin onlarla tələbə, magistr və gənc müəllimi 
						öz təhsilini xarici ölkə universitetlərində 
						təkmilləşdirib. Təkcə onu demək kifayətdir ki, ötən ildə 
						qardaş Türkiyə Cümhuriyyətində "Mövlana" mübadilə 
						proqramı çərçivəsində iyrimi ali təhsil müəssisəsi, 
						Avropa və MDB ölkələri, həmçinin Azərbaycanın ali 
						məktəbləri və tədqiqat institutları ilə əməkdaşlıq 
						uğurla davam etdirilir. 
						
						Bundan əlavə, universitet kurikulum sisteminin Avropa 
						standartlarına uyğunlaşdırılması məqsədi daşıyan "CURDEUS", 
						beynəlxalq əlaqələrin təkmilləşdirilməsi və yenidən 
						qurulmasına xidmət edən "UNİVİA", əlil tələbələrin 
						təhsilə cəlb edilməsi məqsədilə yaranmış "ESVİDİP" 
						layihələrində də yaxından iştirak edir.  
						
						Tədbirdə tədrisin təşkili və təlim texnologiyaları üzrə 
						prorektor, dosent Fəxrəddin Məmmədov, elm və 
						innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə, 
						humanitar məsələlər üzrə prorektor Asif Cavadov, 
						botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, 
						professor, əməkdar elm xadimi Vaqif Novruzov, 
						valideynlərdən Azər Məmmədov, Namiq Pənahov, 115 bal 
						toplamış magistrant Nurənə Məmmədova, ingilis dili 
						müəllimliyi ixtisasına 605 balla qəbul olmuş Aysel 
						Qələndərova çıxış edərək öz  ürək sözlərini bildiriblər.
						 
						
						Sonda rektor Yusif Yusibov yüksək bal toplayan 
						tələbələrə tələbə biletlərini təqdim edib, onlarla 
						xatirə şəkli çəkdirib.  
						
						
						Maqbet ƏHMƏDOV,GDU-nun Mətbuat xidmətinin rəhbəri
 |