Sentyabrın
15-də Azərbaycan Müəllimlər İnstitutunda 15 sentyabr -
Bilik günü münasibətilə tədbir keçirilib. AMİ-nin
rəhbərliyi, professor-müəllim heyəti və tələbələr öncə
institutun nəzdində ümummilli liderimizin xatirəsinə
yaradılmış Heydər Əliyev Mərkəzini ziyarət ediblər, ulu
öndərin büstü önünə əklil qoyulub.
Dövlət himni səsləndirildikdən sonra institutun rektoru,
Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı
professor-müəllim heyətini, tələbələri Bilik günü və
yeni - 2015-2016-cı tədris ilinin başlanması
münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Rektor bu gün vətənpərvər, savadlı gənclərin
yetişdirilməsində müəllimlərin üzərinə böyük vəzifə
düşdüyünü bildirib. Qeyd edib ki, ulu öndər Heydər
Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş,
"Mən müəllimdən yüksək ad tanımıram" söyləmişdir.
Hazırda dövlət başçısı cənab İlham Əliyev ulu öndərin
əsasını qoyduğu elm və təhsil ənənələrini uğurla davam
etdirir.
Rektor çıxışının sonunda instituta qəbul olmuş bütün
tələbələrin yüksək tədris nəticələri əldə edəcəklərinə
və dövlətçiliyimizə sadiq layiqli vətəndaş kimi
formalaşacağına inandığını diqqətə çatdırıb.
İnstitutun ibtidai sinif müəllimliyi ixtisasına 463
balla daxil olan tələbə Nigar Məmmədova və Azərbaycan
dili və ədəbiyyat ixtisasına 509 balla qəbul olan
Bəxtiyar Əsədov çıxış edərək öz təbriklərini çatdırıb,
sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər. 463
bal toplayaraq tarix və coğrafiya müəllimliyi ixtisası
üzrə tələbə adı qazanan Aytac Abbaslının valideyni
Hüsaməddin Abbasov, 468 balla "Sosial iş" ixtisasına
daxil olan tələbə Əmirxan Abbasovun valideyni Səbinə
Abbasova öz çıxışlarında institut haqqında eşitdikləri
müsbət fikirlərin onlarda bu təhsil ocağına maraq
yaratdığını qeyd edib, öz sevinclərini paylaşıblar.
Tədbirin sonunda hər bir ixtisas üzrə ən yüksək bal
toplamış tələbələrə tələbə vəsiqəsi təqdim edilib,
onların hər birinə "Heydər Əliyev: Şəxsiyyətin qüdrəti"
kitabı hədiyyə olunub.
Mətbuat və informasiya şöbəsi |