Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bakı Slavyan Universitetində

 

Böyütmək üçün seçin15 sentyabr -Bilik günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun paytaxtımızda, eləcə də ölkəmizin bütün bölgələrində "İlboyu  bilik" proqramı çərçivəsində "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda təşkil olunan mühazirələrdən birini də  Bakı Slavyan Universitetində  "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru, əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru  Bayram Hüseynzadə deyib. Ali təhsil ocağının  müxtəlif  fakültələr üzrə təhsil alan tələbələrinin iştirak etdiyi tədbiri universitetin rektoru, professor Asif  Hacıyev açaraq  Bilik günü münasibətilə tələbələri təbrik edib, onlara uğurlar arzulayıb və mühazirə oxumaq üçün sözü  Bayram Hüseynzadəyə verib.

Tələbələr qarşısında "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda danışan mühazirəçi Azərbaycanın çoxmillətli bir ölkə olduğunu, burada tarixən birgə yaşayan müxtəlif  xalqların, toplumların özlərini azad və xoşbəxt hiss etdiklərini, mədəniyyətlərini yaşatdıqlarını qeyd edib. Bildirilib ki, ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində, ibtidai sinif səviyyəsində olsa da təhsil alır, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə çalışa bilirlər. Bu da Azərbaycanın multikulturalizmin yarandığı  əsas tarixi məkanlardan biri olduğunu deməyə imkan verir.

Mültikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil etdiyini söyləyən Bayram Hüseynzadə bir sıra Qərb ölkələrində multikulturalizmin siyasi xətt kimi iflasa uğramasının bəyan edildiyi bir dövrdə respublikamızda multikulturalizmin dövlət siyasətinə çevrilməsində, onun  möhkəmləndirilməsi və saxlanmasında məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz rol oynadığını xüsusi vurğulayıb. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Mühazirəçi sonra  dini dözümlülük, tolerantlıq, multikultural dəyərlərimizin Avropa multikultural dəyərləri ilə müqayisəlı təhlilini aparıb. ABS-a və bir sıra Avropa ölkələrinə  səfərləri zamanı şahidi olduğu hadisələrlə bağlı müəyyən məqamları diqqətə çatdırıb. Bir sıra dünya dövlətlərinin ölkəmizə qarşı ədalətsiz münasibət sərgilədiyini deyən B.Hüseynzadə onu  da bildirib ki, son illər müstəqil  respublikamızın uğurlu inkişafına qısqanclıqla yanaşan ölkələr belə, Azərbaycan  multikulturalizminin  dünyaya nümunə olduğunu   etiraf edirlər.

Bayram  Hüseynzadə dahi şəxsiyyət  Heydər Əliyevin fikirlərini tələbələrə çatdırıb. Ulu öndər deyirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".

Mühazirəçi daha sonra Təhsil Nazirliyi tərəfindən ölkəmizdə təhsilin inkişafi ilə bağlı reallaşdırılan tədbirlərdən danışıb,  tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov