Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

İtaliyanın səfiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində

 

Böyütmək üçün seçinSentyabrın 15-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillonun mühazirəsi dinlənildi. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Fərəh Əliyeva  qeyd etdi ki, multikulturalizm siyasəti Azərbaycan dövlətinin tarixi nailiyyətidir və  ölkəmizdə bütün xalqlar mehriban və tolerant şəraitdə yaşayır.  Bildirildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən multikulturalizm siyasətinin mahiyyəti barədə gənc nəslin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.  

Tədbirdə çıxış edən İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo iki ölkə arasındakı əməkdaşlıqdan söz açdı, Azərbaycanın tolerant ölkə olduğunu bildirdi. Səfir qeyd etdi ki, ona bir neçə təhsil ocağında mühazirə oxumaq təklif edilsə də, o məhz ADMİU-nu seçib. Buna səbəb isə öz ölkəsində mədəniyyətin hər sahədən daha üstün sayılmasıdır. Qeyd  etdi ki, incəsənətin hər hansı bir sahəsini seçən bu tələbələrin qədim mədəniyyətə malik İtaliyaya marağı böyük olmalıdır. Bu səbəbdən də mühazirəsinin tələbələr üçün maraqlı olacağını  diqqətə çatdırdı. Daha sonra Azərbaycan və İtaliya mədəniyyətləri, insanları arasında oxşarlığın olduğunu, burada səfir kimi çalışmaqdan  məmnunluq hissi keçirdiyini bildirdi. Səfir Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən də danışdı və bu əlaqələrin daha da genişlənməsinin onun səfir kimi əsas missiyalarından birini təşkil etdiyini vurğuladı. Bu əlaqələrin nəticəsi olaraq Expo Milan 2015-də Azərbaycanın çox möhtəşəm şəkildə təmsil edilməsini və ölkələr arasında ən gözəl pavilyonun məhz Azərbaycana aid olduğunu söylədi.

Görüş müəllim və tələbələrlə  səfir arasında səmimi fikir mübadiləsi ilə davam etdi. Universitetin tələbələri də ilk dərs gününün belə maraqlı qonaq və məlumatlarla başlamasının onlar üçün bir stimul olduğunu qeyd etdilər, səfirə onları maraqlandıran suallar və təkliflərini verdilər. Səfir də öz növbəsində tələbələrin suallarını cavablandıraraq, ölkələrinə olan bu marağa və görüşün belə keçirilməsi üçün rəhbərliyə təşəkkürünü bildirdi.

Sonda səfir görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov