Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Şamaxıda

 

Böyütmək üçün seçinMillətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Fondunlboyu bilik" proqramı çərçivəsində Şamaxı rayonundakı Sabir qəsəbə tam orta məktəbində "Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" mövzusunda mühazirə deyib. Mühazirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, rayon təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnisə Ələkbərova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilova, Bilik Fondunun Şamaxı rayonu üzrə nümayəndəsi, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova, rayon məktəbliləri və müəllimlər, yerli ziyalıların nümayəndələri iştirak ediblər.

Məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edən akademik K.Abdullayev bildirib ki, çoxmədəniyyətlilik Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir. Multikulturalizmin Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu olduğunu deyən akademik bu kimi xüsusiyyətlərin Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredici olduğunu vurğulayıb. Azərbaycanda multikultural dəyərlərin tarixi köklərinə toxunan dövlət müşaviri "Kitabi-Dədə Qorqud" dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələrin uzaq keçmişdən bu günümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut etdiyini bildirib.

"Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Bunu ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək, onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Əslində, ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisi oldu", - deyən akademik onu da əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.

Dövlət müşaviri Kamal Abdullayev məktəbliləri maraqlandıran sualları da ətraflı cavablandırıb, şagirdlərə kitablar hədiyyə edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov