| 
						
						
						 Fondun 
						icraçı direktoru Oktay Səmədov Şuşa və Qubadlının qaçqın 
						məktəblərində 
						
						Azərbaycan Respublikasının Prezidenti yanında Bilik 
						Fondu 15 sentyabr - Bilik günü münasibətilə 150-dən çox 
						təhsil ocağında mühazirələr təşkil edib. 
						
						Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, qurumun "İlboyu 
						bilik" proqramı çərçivəsində Bakıda və Azərbaycanın 
						bütün rayonlarında ali və orta məktəblərdə "Heydər 
						Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir" 
						mövzusunda dərslər keçilib, mühazirələr oxunub. 
						Ümumilikdə, 158 yerdə - 142 orta məktəbdə, 16 ali 
						məktəbdə tanınmış ziyalılar - akademiklər, professorlar, 
						diplomatik korpus və media nümayəndələri məktəblilər, 
						tələbələr və yerli sakinlərlə görüşüblər, onlara 
						Azərbaycanda multikultural ənənələr, artıq formalaşmış 
						tolerantlıq mühiti barədə ətraflı məlumat veriblər. 
						
						Bilik Fondunun mühazirəçiləri şəhər məktəbləri ilə 
						yanaşı, kənd məktəblərində, qaçqın və məcburi köçkün, 
						eləcə də sərhədyanı bölgələrin məktəblərində şagirdlərə 
						maraqlı mühazirələr deyiblər. 
						
						Azərbaycan Respublikasının millətlərarası, 
						multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, 
						akademik Kamal Abdullayev Şamaxı rayonundakı Sabir 
						qəsəbə tam orta məktəbində, Milli Məclisin deputatı 
						Aydın Mirzəzadə Mingəçevirdə, Respublika Təhsil 
						Şurasının sədri Əjdər Ağayev Neftçalada, Alban-udi 
						xristian icmasının sədri Robert Mobilim Qəbələdə, ATV 
						şirkətinin Bədii Şurasının sədri Etibar Babayev 
						Siyəzəndə, professor Rüstəm Kamal Qazaxda, AMEA 
						Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir 
						üzvü Gövhər Baxşəliyeva Bərdədə, folklorşünas Ağaverdi 
						Xəlilov İsmayıllıda, Bilik Fondunun icraçı direktoru 
						Oktay Səmədov Şuşa və Qubadlının qaçqın məktəblərində, 
						akademik Vaqif Abbasov, AMEA-nın Dilçilik İnstitutunun 
						direktoru Möhsün Nağısoylu və başqaları ölkəmizin ali və 
						orta məktəblərində mühazirələr oxuyublar. 
						
						Bakıda və bölgələrdə ölkə ziyalılarının, diplomatik 
						korpus və KİV nümayəndələrinin mühazirələri yüksək 
						qiymətləndirilib və təşkilatçılara minnətdarlıq ifadə 
						olunub.  |