| 
						
						Yeni tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin 
						I siniflərinə 150 mindən çox şagird qəbul olunub. 
						
						Ümumilikdə, 2015-2016-cı tədris ilində ümumi təhsil 
						müəssisələrində 1 milyon 370 minə yaxın şagird təhsil 
						alacaq. 
						
						Bu il Bakı şəhəri üzrə I sinfə gedəcək şagirdlərin sayı 
						42 723 nəfərdir. Bakı şəhəri üzrə ümumi təhsil 
						məktəblərində ümumilikdə 347 891 nəfər şagird təhsil 
						alacaq. 
						
						Yeni tədris ilindən ölkə üzrə 5 yeni məktəb istifadəyə 
						veriləcək. 220 məktəbdə əsaslı (140 məktəb) və cari (80 
						məktəb) təmir işləri aparılıb. 9 məktəbin tikintisi isə 
						davam edir. |