Təhsil naziri Mikayıl Cabbarov 23 sentyabr 2015-ci il
tarixində saat 11:00-da Ucar şəhərindəki Heydər Əliyev
Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2015-ci ilin sentyabr ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul
edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 17, 18, 21 və 22
sentyabr 2015-ci il tarixlərində Təhsil Nazirliyinin
Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar
xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request
elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə
bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |