Tədris
ilinin başlanması ilə əlaqədar olaraq Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları Bakı
məktəblərində olublar.
Nazir müavini Ceyhun Bayramov Bakı şəhəri 220 nömrəli
tam orta məktəbə gedərək Bilik günü münasibətilə
məktəbliləri, valideynləri və müəllimləri təbrik edib,
onlara yeni dərs ilində uğurlar arzulayıb.
Eyni zamanda Bilik günü ilə yanaşı, Bakı şəhəri 220
nömrəli tam orta məktəbdə "İbtidai təhsil səviyyəsi üzrə
inklüziv təhsilin tətbiqi" layihəsinin açılışı olub.
Açılışda nazir müavini Ceyhun Bayramovla yanaşı, müdir
müavini Hüseyn Əsgərov, "UNICEF Azerbaijan"ın
nümayəndəsi xanım Nafisa Binte Shafique, Milli Məclisin
üzvü, Yeni Azərbaycan Partiyası Nizami Rayon
Təşkilatının sədri Sədaqət Vəliyeva, Nizami Rayon İcra
Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirak
ediblər.
Qeyd edək ki, Azərbaycanda təhsil siyasətinin məqsədi
bütün vətəndaşlar üçün keyfiyyətli təhsilin təmin
edilməsindən ibarətdir və təhsil sisteminin islahatı
prosesində əsas diqqət milli azlıqları, qaçqınları və
məcburi köçkünləri təmsil edən uşaqların, həmçinin,
xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli
təhsil alması üçün bərabər imkanların yaradılmasına
yönəldilir.
Bununla əlaqədar, Azərbaycan Respublikası təhsil
nazirinin 18 mart 2015-ci il tarixli, 311 nömrəli əmrinə
əsasən "İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin
tətbiqi" layihəsi Bakı şəhər 220 və 138 nömrəli tam orta
məktəblərdə sınaqdan keçirilir.
"İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin
tətbiqi" layihəsi çərçivəsində 220 nömrəli tam orta
məktəbdə 2 inklüziv sinif açılıb. Nəzərinizə çatdıraq ki,
220 nömrəli tam orta məktəbdə hazırda 2-si inklüziv
təhsil sinfi olmaqla 11 birinci sinif (265 uşaq),
ümumilikdə isə 2200 şagird təhsil alır.
www.bakuedu.gov.az
|