Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər
İdman Məktəbində "Zərərli vərdişlərə yox deyək, həmişə
sağlam olaq" devizi altında "Naxçıvan" və "Culfa"
komandaları arasında cüdo üzrə yoldaşlıq görüşü
keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin
rəisi Xəyal Qurbanov çıxış edərək idmançılara uğurlar
diləyib. Daha sonra Culfa Rayon Gənclər və İdman
İdarəsinin rəisi Ümid Həsənli və Uşaq-Gənclər İdman
Məktəbinin dərs hissə müdiri Hikmət Hüseynov yarışın
məqsədi və qaydaları haqqında idmançılara ətraflı
məlumat veriblər.
Naxçıvan Şəhər və Culfa Rayon Gənclər və İdman
idarələrinin və İslam Hümbətov adına Uşaq-Gənclər İdman
Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10
çəki dərəcəsində 50 idmançı qüvvəsini sınayıb.
"Culfa" komandasının 6:4 hesablı qələbəsi ilə yekunlaşan
yarışda fərqlənən idmançılar təşkilatçıların diplom və
fəxri fərmanları ilə mükafatlandırılıb. |