Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma
komandası Belarusun Orşa şəhərində növbəti yoldaşlıq
oyunu keçirib. Belaruslu yaşıdları ilə qarşılaşan
yığmamız Fərid Nəbiyevin vurduğu qol sayəsində səfər
oyununda 1:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 3-də
keçirilmiş yoldaşlıq görüşü 0:0 hesabı ilə yekunlaşıb. |