Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

11 yaşlı şahmatçımız beynəlxalq yarışda qızıl medal qazanıb

 

Rusiyanın Həştərxan şəhərində keçirilən beynəlxalq şahmat yarışında Azərbaycanı Lənkəran şəhər Şahmat Məktəbinin 5 zəka sahibi təmsil edib. Turnirdə bir sıra ölkələrdən 225 şahmatçı müxtəlif reytinq və yaş qruplarında mübarizə aparıb.

Doqquz turdan ibarət yarışın baş mükafatına 13 yaşadək şahmatçılar arasında Lənkəranın on bir yaşlı idmançısı Hacıəli Əhədzadə sahib olub. Həmyerlimiz 9 oyundan 8 xal toplayaraq birinci yeri tutub və qızıl medala layiq görülüb. Turnirin yekununda şahmatçımız Hacıəli Əhədzadəyə diplom, medal və pul mükafatı verilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov