Sentyabrın
6-da Respublika Şahmat Mərkəzində Azərbaycan
Respublikasının Dövlət müstəqilliyinə həsr olunmuş "BAKU
OPEN - 2015" beynəlxalq şahmat festivalının uşaq turniri
başlayıb. Turnirin rəsmi açılış mərasimində Azərbaycan
Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq
dərəcəli hakim Faiq Həsənov, Azərbaycan Şahmat
Federasiyasının baş məşqçisi Fikrət Sideifzadə, Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi,
paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru
Salman Əbdülov, Respublika Şahmat Mərkəzinin direktoru
Məcid Əfəndiyev, yarışın baş hakimi, beynəlxalq dərəcəli
hakim Nurəli Məmmədzadə iştirakçıları salamlayıb, onlara
müvəffəqiyyətlər arzulayıblar.
2003-cü il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və
qızlar arasında keçirilən turnirdə Bakı, Gəncə,
Sumqayıt, Ağdam, Quba, Şabran, Ucar, Zəngilan, Lənkəran,
Şəmkir şəhər və rayonları ilə yanaşı Özbəkistan
Respublikasını təmsil edən 90 nəfər idmançı (onlardan 21
nəfəri qızlardır) iştirak edir.
Turnir 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir.
Oyunları beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin
rəhbərlik etdiyi hakimlər kollegiyası idarə edir.
Turnirə 14 sentyabr tarixində yekun vurulacaqdır. |