Builki yay məktəbində Bakı Xoreoqrafiya Akademiyasının
4 şagirdi - Səma Məmmədova, Elvira Alışova, Nəzrin
Adıyeva və Aza Nurullayeva akademiyanın müəllimi,
xoreoqraf Lyudmila Qutlyanskayanın müşayiəti ilə
yaradıcılıq məktəbinin xoreoqrafiya sənəti üzrə
dərslərinə qatılıblar.
Proqrama ixtisaslaşdırılmış fənlər, interaktiv
tədbirlərlə yanaşı, xoreoqrafiya sənəti üzrə məşhur
baletmeyster Andris Liepanın ustad dərsləri də daxil idi.
Dərs prosesi ilə bərabər, iştirakçılar üçün şəhərin
müxtəlif gəzməli yerlərinə, muzeylərə, kinoteatrlara,
rəsm qalereyasına ekskursiyalar təşkil olunub.
Yay yaradıcılıq məktəbinə hesabat konserti ilə yekun
vurulub.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |