Berlin şəhərində Berlin-Bakı qalereyasının
təşkilatçılığı ilə azərbaycanlı gənc rəssam Kamal
Əlizadənin sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, K.Əlizadənin rəsm əsərləri alman
vətəndaşları tərəfindən yüksək qiymətləndirilib. Bir
neçə saat davam edən sərgi ilə 200-dən artıq insan tanış
olub. Gənc rəssamın rəsmlərinə öz heyranlıqlarını
bildirən sənətsevərlər, bu sərginin davamını görmək
istədiklərini söyləyiblər.
Sərgidə K.Əlizadənin 20-dək rəsm əsəri nümayiş olunub.
|