Bakı Dövlət Universitetinin (BDU) ekologiya və
torpaqşünaslıq fakültəsi ilə Almaniyanın Qrayfsvald
Universitetinin birgə əməkdaşlığı çərçivəsində keçirilən
"Azərbaycanın landşaftlarının tədqiqi" adlı yay məktəbi
uğurla başa çatıb.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)
dəstəyi ilə təşkil olunan yay məktəbində hər iki
universitetin 35 müəllim və tələbəsi iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, yay məktəbi müddətində
iştirakçılar bu ali məktəbin Quba və Altıağacdakı
təlim-təcrübə bazalarında tədqiqatlar aparıb, həmçinin
Xınalıq və Nabran ərazilərinin landşaftları ilə yaxından
tanış olublar. |