Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Uşaqlar Böyükşor bulvarında gül əkiblər

 

Böyütmək üçün seçin"Təmiz Şəhər" ASC və "Parks&Gardens" jurnalının təşkil etdiyi "Gül kimi" aksiyasında uşaqlar da iştirak ediblər ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mütəxəssislər iki gün ərzində uşaqlara gül əkmək, təbiətə qulluq etmək qaydalarını öyrədiblər. Sonra uşaqlar Böyükşor bulvarında gül əkib və onları sulayıblar. Balacalar bundan sonra istədikləri vaxt bulvara gedib həmin güllərə qulluq edə bilərlər.

Aksiya uşaqlarda yaşıllıq sahələri salmaq və təbiəti qorumaq mədəniyyətinin formalaşdırılması məqsədi daşıyıb. Xüsusən də gələcəyimiz olan uşaqlarda ətraf mühitin qeydinə qalmaq, onu təmiz saxlamaq, tullantılarla zibilləməmək vərdişləri aşılanıb Qeyd edək ki, Böyükşor gölü və onun sahili uzun illər ekoloji fəlakət zonası olub. Lakin İqtisadiyyat və Sənaye Nazirliyinin "Təmiz Şəhər" ASC ilə birgə həyata keçirdiyi kompleks bərpa layihəsindən sonra bura əhalinin istirahət məkanına çevrilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov