Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 Sentyabr 2015 - №34

 

Təhsil Problemləri İnstitutunun nəşrləri

 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda ümumtəhsil məktəblərində təlimin təşkilinin səmərəliliyinin artırılması məqsədilə II siniflərdə tədris olunan bütün fənlər üzrə, V-VII siniflərdə isə Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, ümumi tarix, riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya və həyat bilgisi fənləri üzrə müəllimlərə praktik kömək göstərmək üçün yeni fənn kurikulumları əsasında tematik planlaşdırma nümunələri hazırlanmış və institutun Təhsil Texnologiyaları Mərkəzinin nəşriyyatında vəsait şəklində çap olunmuşdur.

Metodik tövsiyələr hazırlanarkən bu fənlərə aid məzmun standartları, yeni təlim strategiyaları əsas götürülmüş, mövcud dərsliklərə istinad edilmiş, yeni məktəbdaxili qiymətləndirmə siyasətinə uyğun olaraq kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə ardıcıllığı qeyd edilmişdir. Həmçinin təxmini planlaşdırma hazırlanarkən tədris ilinin 34 həftə olması diqqət mərkəzində saxlanılmışdır.

Mütəxəssislər və bir qrup müəllimlər tərəfindən hazırlanan tövsiyələr işçi qruplarında müzakirə olunaraq bəyənilmişdir.

   
   
 

 

Təhsil Problemləri İnstitutu

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov