Azərbaycan Dövlət İqtisad Universitetində vahid elektron
idarəetmə platforması olan EDUMAN sisteminin
istifadəsinə başlanılıb. Tədris prosesində müasir
texnologiyaların tətbiqi sahəsində həyata keçirilən
yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün
tədris prosesinin elektronlaşdırılması mümkün olacaq.
Müəllimlər auditoriyalarda quraşdırılan elektron
tribunalar vasitəsilə EDUMAN-da şəxsi kabinetlərinə
daxil ola biləcəklər.
EDUMAN sisteminin tətbiqi ilə əlaqədar ADİU müəllimləri
üçün təşkil olunan təlimlərdə elektron tribuna,
müəllimlərin şəxsi kabineti, elektron jurnal, sərbəst
işlərin elektron qaydada qəbulu və digər mövzular
haqqında məlumat verilib. Təlimin ilk günündə 110
müəllim iştirak edib. Növbəti günlərdə daha 150
müəllimin iştirakı nəzərdə tutulur.
Marketinq və kommunikasıya departamenti |