Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət
edərək, universitetin fəaliyyətinin müvəqqəti
dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında
qərarın qəbul edildiyini bildirmiş və hazırda təhsil
alan tələbələrin digər ali təhsil müəssisələrində
yerləşdirilməsini xahiş etmişdir.
Təhsil Nazirliyi tərəfindən universitetin xahişi təmin
olunmuş və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin
digər universitetlərdə təhsillərinin davam etdirilməsinə
razılıq verilmişdir. Tələbələrin müvafiq ali təhsil
müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada
aparılacaq və proses sentyabrın 10-dək başa
çatdırılacaqdır. |