| 
						
						Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar 
						xətt" xidməti, telefon: 146), Kommutator xidmətinə daxil 
						olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 
						2015-ci ilin avqust ayında vətəndaşlara göstərilən 
						xidmətlərlə bağlı statistika açıqlanıb. 
						
						Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 9131 zəng 
						(2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8 dəfə çox, 
						2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox) 
						və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. 
						Vətəndaşların Qəbulu Mərkəzində isə 5619 vətəndaşa 
						xidmət göstərilib. 
						
						Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu 
						Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu 
						xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və 
						operativ həll olunub. 813 vətəndaş sorğularına uyğun 
						olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq 
						məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu 
						Mərkəzində 950 sənəd (578 ərizə, 362 məktub, 10 digər 
						sənəd) qəbul olunub və qeydiyyata alınıb. 
						
						Daxil olan müraciətlərdə daha çox ali təhsil 
						sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), 
						ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, xüsusi 
						istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, 
						müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali 
						təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə 
						təhsil üzrə Dövlət Proqramı ilə bağlı məsələlər əksini 
						tapıb. 
						
						Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində 
						ən çox həftənin bazar ertəsi (2680 zəng) və çərşənbə 
						axşamı (1763 zəng) günləri, əsasən, saat 10:00-dan 
						12:00-dək və 13:30-dan 15:00-dək müraciət olunub. 
						Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar 
						ertəsi (1666 müraciət) və cümə (1105 müraciət) günləri, 
						əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək 
						müraciət edilib. |