| 
						
						Təhsil Nazirliyi "Təməl" təqaüd proqramı çərçivəsində 
						ibtidai təhsil səviyyəsində çalışan müəllimlərinin 
						peşəkar inkişafını təmin etmək məqsədilə ehtiyaclara 
						uyğun ixtisasartırma kursları təşkil edib. 
						
						İxtisasartırma kursları YUNİSEF-in maliyyə dəstəyi ilə "İnkişaf" 
						Elmi-Praktik Mərkəzi tərəfindən həyata keçirilib. 
						
						İxtisasartırma kursunun məzmununu müəyyən etmək üçün 
						aparılmış monitorinqin nəticələri təhlil edildikdən 
						sonra seçilmiş müəllimlər üçün 132 saatlıq kurs müəyyən 
						olunub. İlk növbədə, ixtisasartırma kursuna hədəf qrupu 
						kimi cari ildə IV siniflərdə dərs deyən 114 nəfər 
						müəllim cəlb olunub. Əsasən paytaxtın ətraf yaşayış 
						məntəqələrində yerləşən məktəblərdə çalışan müəllimlərin 
						iştirak etdiyi kurslar 5 təlim mərkəzində keçirilib. 
						
						Almaniyadan dəvət edilmiş praktik psixoloq Qalina 
						Heynzelman müdavimlərlə görüşüb və onları maraqlandıran 
						sualları cavablandırıb. 
						
						İxtisasartırma kursunun yekununda müdavimlərin 
						qiymətləndirilməsi aparılıb. Ümumilikdə, 114 nəfər 
						müdavimdən 113-ü qiymətləndirmədə iştirak edib, onlardan 
						65 nəfəri (57 faiz) yaxşı nəticə göstərib. 
						
						Müdavimlərin sertifikatlaşdırılması 2 səviyyə üzrə 
						aparılıb. 
						
						Yaxın günlərdə "Təməl" təqaüd proqramının bağlanış 
						mərasimi keçiriləcək.   
						
						
						www.edu.gov.az |