Təhsil Nazirliyi tərəfindən pilot layihə çərçivəsində 50
ümumtəhsil məktəbində müasir standartlara cavab verən
hərbi kabinetlər yaradılıb.
Hərbi kabinetlərdə vizual elektron təlim avadanlıqları
quraşdırılıb. Eyni zamanda kabinetlər təlim üçün nəzərdə
tutulmuş müasir avtomatlar, tapançalar, qumbaralar və
minalar ilə təchiz olunub.
Təlim üçün nəzərdə tutulan avadanlıqlar həqiqi
silahlardan yalnız atəş konstruksiyası ilə fərqlənir. Bu
silahlar həm kütləsi, həm də atəş zamanı təpməsi
baxımından həqiqi silahla eyni olması ilə yanaşı, tam
təhlükəsizdir. Elektron təlim avadanlıqları xüsusi
mexanizm və proqram təminatına malikdir.
Qeyd edək ki, paytaxtla yanaşı, ölkəmizin digər
bölgələrində də ümumtəhsil məktəblərinin müasir hərbi
kabinetlərlə təchiz olunması planlaşdırılır. Şəmkir və
Kürdəmirdə tikilmiş yeni məktəblərdə belə kabinetlər
artıq quraşdırılıb. |