Yeni tədris ili ərəfəsində Bakı Dövlət Universiteti
növbəti dəfə dünyanın nüfuzlu universitetləri arasında
yer alıb. Ali məktəblərdə tədrisin keyfiyyətinə görə
beynəlxaq Round University Ranking (RUR) reytinqində
BDU 750 universitet arasında 656-cı olub. Reytinqdə ilk
onluqda Harvard Universiteti, Stanford Universiteti,
Çikaqo Universiteti, Kaliforniya Texnologiya İnstitutu
(ABŞ), London İmperial Kolleci (Böyük Britaniya),
Massaçusets Texnologiya İnstitutu (ABŞ), Kolumbiya
Universiteti (ABŞ) , Oksford Universiteti (Böyük
Britaniya), Kembric Universiteti (Böyük Britaniya),
İsveçrə Federal Texnologiya İnstitutu kimi ali məktəblər
qərarlaşıb.
Xatırladaq ki, reytinq "Thomson Reuters" beynəlxalq
media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.
Round University Ranking (RUR) reytinqi dünyanın 70-dən
artıq ölkəsindən olan 750 universiteti 4 qrupda
(tədrisin keyfiyyəti, tədqiqatların keyfiyyəti,
beynəlmiləlçilik, maliyyə davamlılığı) birləşmiş 20
ayrı-ayrı göstəricilər üzrə qiymətləndirir. RUR ali
məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin
yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən
beynəlxalq təşkilatdır.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəlimi" |