İspaniyanın San-Sebastian şəhərində kikboksinqin WAKO
versiyası üzrə gənclər və yeniyetmələr arasında
keçirilən Avropa birinciliyində Azərbaycan milli
komandası uğurla iştirak edib. Milli komandamız yarışda
2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb. Komandamızın
heyətində Çingiz Əhmədzadə (51 kq) və Zöhrab Əzimov (60
kq) qızıl, Elmir Süleymanov (71 kq) isə gümüş medala
sahib olublar. Bürünc medallara isə Kamran Bayramov (60
kq), Elvin Məhərrəmov (71 kq), Qiyas Şahmərdanov (54 kq),
Nicat Nəcəfzadə (45 kq), Nəcməddin Məmmədzadə (51 kq)
layiq görülüblər. |