Taekvondoçularımız Türkiyənin Çərkəzköy bələdiyyəsinin
dəstəyi ilə təşkil edilən "Zəfər kuboku" beynəlxalq
turnirində iştirak ediblər. Yarışa İraqdan və Türkiyənin
bir neçə bölgəsindən 220-dək uşaq, yeniyetmə və gənc
taekvondoçu qatılıb. Yeniyetmələrin mübarizəsində 41
kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Xanoğlan
Kərimov rəqiblərindən fərqlənərək turnirin qızıl
medalını qazanıb. Gənclər arasında isə Xanruh Fətullayev
(58 kq) finalda rəqibinə məğlub olaraq gümüş mükafata
layiq görülüb. Uşaqlar arasında Hümbət Kazımov (27 kq),
yeniyetmələr arasında Nihat Abbasov (33 kq), gənclər
arasında isə Mehriban Məmmədova (42 kq) yarışı bürünc
medalla başa vurublar. Beləliklə, komandamız bu turnirdə
ümumilikdə 5 medal qazanıb. |