Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən
idman məktəblərinin əməkdaşları arasında keçirilən
paintball üzrə dostluq turniri başa çatıb.
"Təhsil" Respublika İdman Mərkəzinin təşkil etdiyi
"Paintball-2015" turnirinin keçirilməsində məqsəd idman
məktəblərinin kollektivləri arasında dostluq
əlaqələrinin gücləndirilməsi və sağlam həyat tərzinin
təbliğindən ibarətdir.
Turnirdə 24 idman məktəbinin komandası iştirak edib. 3
mərhələdə keçirilən yarışda I yeri 2 nömrəli Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbi, II yeri 7 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis Məktəbi, III
yeri isə Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi tutub.
İlk üç yeri tutan komandalara qiymətli hədiyyələr təqdim
olunub. |