Azərbaycan
Şahmat Federasiyası və Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin 2 nömrəli Uşaq-Gənclər Şahmat İdman
Məktəbinin təşkilatçılığı, "Aroma Collection" kosmetik
brendinin sponsorluğu ilə keçirilən "Aroma Collection
Summer Cup" FİDE reytinq turniri başa çatıb. 18 yaşadək
idmançılar arasında təşkil olunmuş turnir 6 nömrəli tam
orta məktəbdə keçirilib. İsveçrə sistemi üzrə 9 turdan
ibarət keçirilən yarışda Bakı şəhəri ilə yanaşı Naxçıvan
MR, Sumqayıt, Gəncə, Quba, Lənkəran, Şəki, Kürdəmir,
Tərtər, Cəbrayıl, Ağdam, Biləsuvar şəhər və rayonlarını
təmsil edən 108 nəfər idmançı (onlardan 17 nəfəri
qızlardır) iştirak edib.
Yarışın rəsmi bağlanış mərasimi Azərbaycanın Dövlət
himninin səsləndirilməsi ilə başlayıb. Turnirin baş
hakimi respublika dərəcəli hakim, FİDE ustası Cavanşir
Bağırovun yekun hesabatından sonra 2 nömrəli UGŞİM-nin
direktoru Elvin Hüseynov, Bakı Şəhər Gənclər və İdman
Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman
növü üzrə koordinator-kuratoru Salman Əbdülov və digər
rəsmi şəxslər çıxış edərək yarışın əhəmiyyətini
vurğulayıb, bu tipli turnirlərin Azərbaycanda idmanın
inkişafına təkan verməklə yanaşı, uşaq və yeniyetmələrdə
şahmata həvəsin artırılması, gənc və yeniyetmə zəka
ustalarının təcrübə toplamaları, reytinq xallarını
artırmaları baxımından əhəmiyyətini qeyd ediblər.
Yarışda 8 yaşadək idmançılar arasında I yeri Əli
Süleymanov (Bakı - RİOEUGŞM), II yeri Xumar
Məhərrəmova (Bakıdakı 2 nömrəli Uşaq-Gənclər Şahmat
İdman Məktəbi), III yeri Emin Əhmədov (Bakıdakı
Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları
Uşaq-Gənclər Şahmat Məktəbi), 10 yaşadək idmançılar
arasında I yeri Xəzər Babazadə (Biləsuvar), II yeri
Sənan Xudiyev (Bakı - 2 nömrəli UGŞİM), III yeri
Fərhad Məmmədəliyev (Kürdəmir), 12 yaşadək idmançılar
arasında I yeri Atilla Eynullayev (Bakı - RİOEUGŞM),
II yeri Mirmusa Feyziyev Bakıdakı 3 nömrəli
Uşaq-Gənclər Şahmat İdman Məktəbi, III yeri Altay
Eynullayev (Bakı - RİOEUGŞM), qızlar arasında ümumi
hesabda I yeri Nərmin Kərimzadə (Bakı - RİOEUGŞM), II
yeri Ləman Hüseynova (Sumqayıt), III yeri Ayan
Allahverdiyeva (Bakıdakı 1 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman
Məktəbi), ümumi hesabda VIII yeri Rəşad Mehdiyev (Bakı
- 2 nömrəli UGŞİM), VII yeri Teymuraz Axundov (Bakı -
1 nömrəli İOEUGŞDİM), VI yeri Şəhriyar İsgəndərov (Quba),
V yeri Zaur Bayramov (Sumqayıt), IV yeri Murad
İbrahimli (Sumqayıt), III yeri Elxan Bayramov (Bakı),
II yeri Miradil Zeynallı (Bakı) tutublar. Qaliblər
müvafiq dərəcəli diplomlar, medallar, qiymətli xatirə
hədiyyələri, kubok və pul mükafatları ilə təltif
olunublar. |