Sentyabrın 21-də "Elektron Təhsil" Respublika
müsabiqəsinə start veriləcək.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində
informasiya texnologiyalarından fəal istifadə edən
müəllimləri həvəsləndirmək və fəaliyyətlərini
dəstəkləmək, yeni tədris üsulları barədə ölkənin təhsil
ictimaiyyətini məlumatlandırmaq və tədris məqsədləri
üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaqdan
ibarətdir.
Müsabiqə 2 istiqamət olmaqla 6 nominasiya üzrə
keçiriləcək.
Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər
xüsusi hədiyyələr təqdim olunacaq.
www.edu.gov.az |