Azərbaycan Respublikası Təhsil Nazirliyinin tapşırığı
ilə Təhsil Problemləri İnstitutunda respublikanın şəhər
və rayonlarında keçiriləcək 2015-ci il təhsil
işçilərinin sentyabr konfranslarının daha səmərəli
təşkili üçün metodik tövsiyələr hazırlanmışdır.
Tövsiyələrdə ümumi təhsil fənlərinin tədrisi, məktəb
kitabxanalarında iş, təhsilin idarə olunması, istedadlı
şagirdlərlə iş, məktəbə psixoloji xidmət, inklüziv,
xüsusi təhsil, ilk peşə-ixtisas təhsili və s.
məsələlərdən bəhs olunmuşdur.
Həmçinin tövsiyələrdə 2015-2016-cı tədris ilində
ümumtəhsil məktəblərində tədris olunan fənlərin tədrisi
metodikasına, o cümlədən məktəbdə təlim-tədris işinin
təşkilinə dair yeni yanaşmalar öz əksini tapmışdır.
Metodik tövsiyələr məktəbdə pedaqoji fəaliyyətin daha
səmərəli təşkil olunmasına və keçirilməsinə dəstək
məqsədilə hazırlanmışdır. Ondan məktəbəqədər təhsil,
ümumtəhsil, peşə-ixtisas təhsili məktəblərində, təhsil
şöbələrində işləyən pedaqoji işçilərin, o cümlədən
müəllim və tərbiyəçilərin, pedaqoji araşdırmalarla
məşğul olan tədqiqatçıların və başqalarının istifadə edə
biləcəyi nəzərdə tutulmuşdur.
Təhsil Problemləri İnstitutu |