2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə
əsasən, boş qalan və müsabiqə prosesində yeni yaranmış
1468 vakant yerə əlavə yerləşdirmə elan edilir.
Əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını
toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10
faiz aşağı bal toplayan namizədlər iştirak edə bilərlər.
Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ
qazanan keçid balını toplamış namizədlər müddətsiz
müqavilə əsasında, keçid balından aşağı bal toplayanlar
2015-2016-cı dərs ilinin sonunadək müddətli müqavilə ilə
işləmək hüququ əldə edəcəklər.
Əvvəlki illərdən fərqli olaraq, cari ildə müsabiqədən
sonra ümumi təhsil müəssisələrində qalan vakant yerlərin
tutulması sahəsində yeni yanaşma tətbiq edilib. Belə ki,
ixtisaslı müəllimlərin müddətli müqavilə ilə işə
qəbulunun mərkəzləşdirilmiş müsabiqə əsasında həyata
keçirilməsi nəzərdə tutulub.
Əlavə yerləşdirmə üzrə elektron ərizələrin qəbulu 3
sentyabr 2015-ci il tarixdən başlayaraq 6 sentyabr
2015-ci il tarixdə saat 15:00-da başa çatacaqdır. Əlavə
yerləşdirmədə iştirak etmək üçün namizədlər öz "Şəxsi
səhifə"lərinə daxil olmaqla 8-dək vakant yer seçə
bilərlər.
Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ
qazanan namizədlər 7 sentyabr 2015-ci il tarixdə saat
14.00-da Azərbaycan Dövlət İqtisad Universitetinin II
korpusuna müsahibəyə dəvət olunacaqlar.
Vakant yer tutmaq hüququ qazanan keçid balından aşağı
bal toplamış namizədlərin siyahıları müddətli
müqavilələrin bağlanması üçün müvafiq yerli təhsil
orqanlarına və təhsil müəssisələrinə göndəriləcəkdir. |