On doqquz yaşadək qızlardan ibarət Azərbaycan yığması
Riqada təşkil olunmuş "Baltic Cup" turnirinin qalibi
olub. AFFA-dan AZƏRTAC-a bildiriblər ki, turnirin
sonuncu oyununda Estoniyanın müvafiq yaş qrupundan
ibarət yığması ilə qarşılaşan komandamız böyük hesablı
qələbə qazanıb - 5:0. Nigar Cəlillinin dubl etdiyi
oyunda Kristina Bakarandze, Yaiza Relea və Natalia
Rodelqo hərəyə bir dəfə fərqləniblər. Yığmamız
turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0,
növbəti qarşılaşmada isə Latviya komandasını 4:0 hesabı
ilə məğlub edib. |