Bakı
Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) təhsildə
fərqlənmiş bir qrup fəal gəncin Şamaxı rayonuna
ekskursiyasını təşkil edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, ekskursiyanın
təşkilində məqsəd gənclərin fiziki sağlamlığının
möhkəmləndirilməsi, onların asudə vaxtının səmərəli
təşkil olunmasıdır.
Ekskursiyada iştirak edən gənclər yüksək
əhvali-ruhiyyədə olduqlarını, belə tədbirlərin
keçirilməsinin onlar üçün maraqlı və yaddaqalan olduğunu
vurğulayıblar. |