Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

Gənclərin çağırışaqədərki hazırlığından fəal dərs nümunəsi

 

Vasif RAMAZANOV,
Sumqayıt şəhər fars-ingilis dilləri təmayüllü tam orta məktəbin GÇH rəhbəri,
ehtiyatda olan baş leytenant

 

Böyütmək üçün seçinFənn:  Gənclərin    çağırışaqədərki  hazırlığı

Sinif:  10

Mövzu: Kalaşnikov avtomatının (AK-74) quruluşu və təyinatı.

Standart: 2.2.1.Atıcı silahları  və onların taktiki-texniki göstəriciləri barədə təqdimatlar edir.

Məqsəd:

* AK 74-ün təyinatını aydınlaşdırır;

* Taktiki-texniki göstəriciləri barədə məlumat verir;

* Hissələrini sadalayır;

İnteqrasiya: Fizika 2.2.1., Kimya 2.1.4., Azərbaycan dili 1.2.4.

İş forması: Kollektivlə  iş, qruplarla iş.

İş  üsulları:   Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması.

Resurslar: Dərslik, plakatlar və videomateriallar, noutbuk, proyektor, flamastr, iş vərəqləri.

Dərsin gedişi: Sagirdlərlə salamlaşma, davamiyyətin yoxlanılması.

Motivasiyanın yaradılması:  Bu məqsədlə müəllim anlayışın çıxarılması üsulundan istifadə edərək, şagirdlərin diqqətini atıcı silah olan  Kalaşnikov avtomatına ( AK74 ) istiqamətləndirir.

Problem sual:  Hansı xüsusiyyətlərinə görə  Kalaşnikov avtomatı daha çox istifadə olunan silahdır?

Tədqiqatın aparılması: Tağım (sinif) 3 manqaya (qrupa) bölünür  və qruplara  adlar  verilir ("Şuşa", "Zəngilan", "Laçın"). Hər qrupa  eyni   səviyyədə hazırlanmış  iş vərəqləri paylanılır. Verilmiş  vaxt ərzində  manqalar tapşırığı yerinə yetirir və təqdimata hazırlaşır.

İş  vərəqləri:

"Şuşa" manqası  -  Ka

laşnikov avtomatının təyinatı

1. Hansı  yanlışdır? 

a) odlu silahdır.

b) fərdi silahdır. 

c) nüvə silahıdır.

d) atıcı silahdır.

2. Kalaşnikov avtomatı  nə  üçün  təyin  olunmuşdur?

a) Zirehli texnikanı məhv etmək üçün.  

b) Körpüləri  partlatmaq  üçün.

c) Təlim məşqləri  üçün.     

d) Düşmənin canlı qüvvəsini məhv etmək üçün.

3. Kalaşnikov avtomatının hansı  atəş  növləri  var?

a) mexaniki.

b) tək-tək və avtomatik.

c) cüt-cüt.

d) tək-tək fasilələrlə.

"Zəngilan" manqası  -  Kalaşnikov avtomatının döyüş xüsusiyyətləri:

Plakatdan istifadə edərək göstəriciləri təyin edin.

1. Lülənin çapı 

2.Təsirli atəş məsafəsi

3.Atəşin nişangah məsafəsi

4.Atəşin sürəti

5.Avtomatın dolu daraqla çəkisi

6.Güllənin ən uzaq uçuş məsafəsi

7.Güllənin  başlanğıc  sürəti.

"Laçın" manqası  -  Kalaşnikov avtomatının ümumi quruluşu:

Plakata  əsasən avtomatın çatışmayan hissələrini tamamlayın.

1.Lülə-lülə qutusu, nişangah tərtibatı - qundaqla birlikdə;            

2. _______

3.Çaxmaq çərçivəsi qaz porşeni ilə birlikdə; 

4. _______

5.Qaytarıcı mexanizm;

6.Qaz borucuğu -lülə üstlüyü ilə birlikdə;

7. _______

8.Lülə yatağı;

9. _______

10.Süngü-bıçaq;

11. _______

12.Sünbə.

Məlumat  müzakirəsi  və mübadiləsi: Manqalara verilən tapşırıqları manqa komandirləri təqdimat şəklində  bütün tağıma (sinfə) çatdırır. Bu zaman yeni məlumatların müzakirəsi və mübadiləsi  GÇH rəhbəri tərəfindən məqsədyönlü şəkildə nəzarətdə saxlanılır və düzgün istiqamətləndirilir.

Nəticənin çıxarılması: Manqaların təqdimatından alınan yekun fikirlər GÇH Rəhbəri tərəfindən ümumiləşdirilir və nəticələr çıxarılır:

- Kalaşnikov avtomatı fərdi silah olub, düşmənin canlı qüvvəsini məhv etmək üçün təyin olunmuşdur.

- Avtomatın iş prinsipi, atəş zamanı yaranan barıt qazlarının enerjisinə əsaslanır.

- Kalaşnikov avtomatı - Sovet konstruktoru Kalaşnikov tərəfindən icad edilmişdir.

- Avtomatik rejimli döyüş silahı olub dünyada ən geniş yayılmış odlu silahdır.

-  Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir.

- Yüksək etibarlığı və sadə qulluq olunması ilə fərqlənir.

Yaradıcı tətbiqetmə: Praktik olaraq, şagirdlər öyrəndiklərini GÇH rəhbərinin nəzarəti altında  tədris silahı (AK74) üzərində tətbiq edirlər. Bu zaman təhlükəsizlik qaydaları mütləq şəkildə şagirdlərə çatdırılır.

Qiymətləndirmə: Şagirdlərin  və  manqaların (qrupların) fəaliyyəti dərsin istənilən mərhələsində səviyyələr üzrə qiymətləndirilə bilər. Şagird qiymətləndirilməsi şagird gündəliyində və müəllimin şəxsi qeydlər dəftərində aparılır.

 

 Ev tapşırığı:

- Kalaşnikov avtomatının yaranması tarixinin onlayn araşdırılması.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov