Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

BSU ilə Türkiyənin Avrasiya Universiteti arasında saziş imzalanıb

 

Türkiyənin Avrasiya Universitetinin rektoru, professor Aşkın Asanın başçılıq etdiyi nümayəndə heyəti BSU-da olub. Görüşdə BSU-nun yaranma tarixi, fəaliyyəti barədə söhbət açan rektor, professor Asif Hacıyev qonaqları rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki mərkəzlər, fakültə və ixtisaslar, kadr hazırlığı barədə məlumatlandırıb. Bildirilib ki, BSU-da slavyanşünaslıq, tərcümə, ölkəşünaslıq, türkologiya və türkiyəşünaslıq, beynəlxalq münasibətlər və başqa sahələr üzrə mütəxəssis hazırlanır. Eyni zamanda, universitetdə Türkiyə Araşdırmaları Mərkəzinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib. Universitetin xarici ölkələrin bir çox ali təhsil müəssisələri ilə əməkdaşlığı da qonaqların diqqətinə çatdırılıb.

Görüşdə Bakı Slavyan Universiteti ilə Türkiyənin Avrasiya Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. Sənədin hər iki tərəf üçün gələcəkdə əhəmiyyətli olacağı vurğulanıb.

Qeyd edək ki, imzalanmış sazişdə birgə elmi araşdırmaların aparılması, elmi tədbirlərin - konfrans, seminar, simpozium və kollokviumların təşkili, müştərək elmi məcmuələrin hazırlanması və nəşri, tərəflərin elmi-metodik ədəbiyyatla qarşılıqlı təminatı, tələbə və müəllim mübadiləsi nəzərdə tutulur. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov