Avqustun
27-də Sumqayıt şəhərindəki Tarix Muzeyində təhsil naziri
Mikayıl Cabbarov tərəfindən Sumqayıt şəhəri, həmçinin
Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərinin qəbulu
keçirilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci
ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda
vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və ya iş
yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə
dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin
tanınması, orta, ali və orta ixtisas məktəbləri
tələbələrinin bir təhsil müəssisəsindən digərinə
köçürülməsi, xaricdə təhsil, təhsil haqqı və bir sıra
digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 122 vətəndaşın müraciəti dinlənilib və əksər
məsələlər yerindəcə həllini tapıb. Bir sıra
müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına
tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə
müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və
nəzarətə götürülüb. |