Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Avqust 2015 - №32

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb

 

Böyütmək üçün seçin2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

Müsabiqədə iştirak etmək üçün 3462 vakant yerə 24437 nəfər ərizə verib. Onlardan 21795 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin birinci mərhələsinə - test imtahanlarına buraxılıb. Müsabiqənin birinci yerləşdirilməsi nəticələrinə görə, 1877 nəfər işə qəbul olunmaq hüququ qazanıb.

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən sonra boş qalan yerlər üzrə əlavə yerləşdirilmə aparılıb. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin heç bir yer tutmayan 3599 nəfər əlavə yerləşdirmədə iştirak üçün müraciət edib. Əlavə yerləşdirmə nəticəsində 356 nəfər işə qəbul olunub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 2233 nəfər işə qəbul edilib. Onlardan 1589 nəfərinə (71%) həvəsləndirmə tədbirləri tətbiq olunub. Bu il müsabiqə nəticəsində vakant yerlərin tutulma göstəriciləri ötən ilin nəticələrindən 32% artıqdır. Belə ki, ötən tədris ilində işə qəbul olunanların sayı 1692 nəfər olmuşdusa, cari dərs ilində onların sayı 540 nəfər artıb.

Bu il keçirilmiş müsabiqədə 20 min nəfərdən çox namizədin iştirak etməsinə baxmayaraq, nəticələrdən apelyasiya şikayəti verən olmayıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov