Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19
yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət
Planı"nın icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il
üçün Tədbirlər Planının 2.1.1.2 bəndindən (aidiyyəti
struktur bölmələrlə birlikdə müsabiqə mexanizmlərinin
proqram təminatlarının, portalların yaradılması) irəli
gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə
"Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında
Əsasnamə"nin 13.5 bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1.
Hər il təhsildə informasiya texnologiyalarının tətbiqi
sahəsində "Müəllim" və "Şagird" istiqamətləri üzrə "Elektron
Təhsil" Respublika müsabiqəsi keçirilsin.
2.
"Elektron Təhsil" Respublika müsabiqəsi haqqında
"Əsasnamə" (bundan sonra- Əsasnamə) və müsabiqənin
Təşkilat Komitəsinin tərkibi təsdiq edilsin (1, 2 saylı
əlavələr).
3.
Təşkilat Komitəsi müsabiqənin keçirilmə vaxtını,
mərhələlərin müəyyən edilməsini və Əsasnamədə nəzərdə
tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin
etsin.
4.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi
(S.Məmmədov) Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin
vaxtında həyata keçirilməsini təmin etsin.
5.
"Elektron Təhsil" Respublika müsabiqəsinin keçirilməsi
ilə bağlı 2015-ci il üçün xərclər smetası təsdiq edilsin
(3 saylı əlavə).
6.
İnformasiya şöbəsi (E.Əliyev) müsabiqə ilə bağlı
məlumatların "Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və Nazirliyin İnternet saytında
yerləşdirilməsini təmin etsin.
7.
Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə
edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 avqust 2015-ci il |