Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

Bakı Olimpiya Stadionu dünyada ilin ən yaxşı idman qurğusu elan olunub

 

Böyütmək üçün seçinİnşaat sahəsində böyük beynəlxalq nüfuza malik "Engineering News Record" jurnalı (ENR) dünya miqyasında ilin ən yaxşı layihələrinin siyahısını açıqlayıb. Bu ilin martında "Bakı-2015" ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş Bakı Olimpiya Stadionu idman qurğuları kateqoriyasında ilin ən yaxşı layihəsi elan olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihə müsabiqəyə "Thornton Tomasetti" şirkəti tərəfindən təqdim edilib.

ENR jurnalı dünyanın ən yaxşı inşaat və dizayn layihələri müsabiqəsini artıq üçüncü dəfədir keçirir. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim olunmuş layihələri təhlükəsizlik, innovasiya, ictimai əhəmiyyət, dizayn və inşaat üstünlükləri baxımından qiymətləndirir, eyni zamanda layihəni həyata keçirən şirkətlərin də çətinliklərin öhdəsindən necə gəldiyi nəzərə alınır. Builki müsabiqədə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil və turizm obyektləri, sənaye əhəmiyyətli tikililər də yer alıb.

Qalib gəlmiş layihələr və münsiflər haqqında geniş məlumat "Engineering News Record" jurnalının sentyabrın 7-də buraxılacaq sayında dərc olunacaq. Sentyabrın 10-da Nyu-Yorkun "Grand Hyatt" otelində keçiriləcək təntənəli mərasimdə isə qalib layihələr arasından "ENR ilin ən yaxşı ümumdünya layihəsi" seçiləcək. Bakı Olimpiya Stadionu layihəsinin bu nüfuzlu mükafatı alma ehtimalı böyükdür.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu SOCAR-ın baş podratçılığı ilə inşa edilib. "Bakı-2015" ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin yüngül atletika yarışları bu stadionda keçirilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov