Bakıdakı 91 nömrəli tam orta məktəbin idman
meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ)
tərəfindən 1999-2001-ci və 2002-2004-cü il təvəllüdlü
oğlanlar arasında stritbol üzrə turnir keçirilib.
Yarışda hər yaş qrupu üzrə 12 komandanın tərkibində 72
nəfər iştirak edib. 1999-2001-ci il təvəllüdlülər
arasında yarışda "Bayıl", "Səbail", "Qalib" komandaları
müvafiq olaraq I, II, III yerləri tutublar. 2002-2004-cü
il təvəllüdlü oğlanlar arasında yarışda isə ilk üç yerdə
"Sahil", "Bakı" və "Xudafərin" komandaları
qərarlaşıblar. Qalib komandaların üzvləri diplom və
xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |