Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Avqust 2015 - №31

 

İqtisadçı alim Avropa Nəşr Mətbuat Evinin mükafatını alıb

 

Elmin, təhsilin təşviqi, alimlərin və təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması və xidmətlərinin dəyərləndirilməsi sahəsində layihələri ilə ölkə ictimaiyyətinin rəğbətini qazanmış Avropa Nəşr Mətbuat Evi bu yaxınlarda daha bir alimi mükafatlandırıb. Belə ki, Bakıdakı Avropa Nəşr Mətbuat Evi mükafat komissiyasının qərarı ilə Azərbaycan Texnologiya Universitetinin inzibati  idarəetmə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor Fizuli Əziz oğlu Məmmədov "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" diplomu və qızıl medalı ilə təltif olunub. İqtisadçı alim bu mükafata istedadlı alimlərin hazırlanmasına, səmərəli fəaliyyətinə, aqrar sahədə iqtisadi mexanizmin təkmilləşdirilməsi istiqamətində apardığı uğurlu elmi tədqiqatlarına, dərs vəsaitlərinə, gənclərə vətənpərvərlik hissinin aşılanmasında və ölkədə iqtisad elminin inkişafına göstərdiyi xidmətlərə görə layiq görülüb.

İstedadlı alimin ömür yolu və əmək bioqrafiyası ilə qısa tanışlıq da aydın göstərir ki, o, bütün həyatını ölkəmizdə yüngül sənayenin inkişafına, bu sahədə ixtisaslı və elmi kadrların hazırlanmasına, iqtisadiyyat elminin inkişafına, gənclərin vətənpərvərlik ruhunda  tərbiyəsinə həsr  etmişdir.

Fizuli Əziz oğlu Məmmədov 1955-ci il dekabrın 21-də Gəncə şəhərində anadan olmuşdur. 1973-cü ildə Gəncə şəhər 28 nömrəli məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1974-1976-cı illər Macarıstan Xalq Respublikasında hərbi xidmətdə olmuşdur. 1976-cı ildə Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialına daxil olmuş və 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunun yüngül sənayenin texnologiyası fakültəsinin bitirib, təyinatla Moskva tikiş istesalatı birliyinə göndərilmişdir. 1982-1985-ci illərdə həmin müəssisədə usta, texnoloq, sex rəisinin müavini və sex rəisi vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva Elmi-Tədqiqat Tikiş Sənayesi İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 1988-ci ildə hərbiçi geyimlərinin optimal üsullarla hazırlanması texnologiyası Böyütmək üçün seçinüzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elimləri namizədi elmi dərəcəsi almışdır. 1989-cu ildən Azərbaycan Texnologiya İnstitutunda baş laborant, asissistent, dosent və kafedra müdiri vəzifələrində çalışmışdır. 1991-ci ildə həmin institutda yeni yaradılan aspirantura şöbəsinin müdiri, 1992-ci ildə Elmi Şuranın katibi vəzifəsində çalışmışdır. 1995-ci ildə "Tikiş sənayesində az əmək və material sərfi ilə istehsalın səmərəliliyinin yüksəldilməsi problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1997-ci ildən professordur. Yüngül sənayenin iqtisadiyyatı sahəsindəki elmi əsərləri nəzərə alınaraq o, 1997-ci ildə Gürcüstan Biznes Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

F.Ə.Məmmədov 240-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 6 dərslik, 12 dərs vəsaiti, 20 metodiki göstəriş, 40 fənn proqramı, 2 ixtira, 30 səmərələşdirici təkliflərin müəllifidir. Hazırda o, ADAU-da dissertasiya şurasının üzvü, AMEA İqtisadiyyat İnstitutunun dissertasiya şurasının üzvü, Tbilisidə nəşr olunan "Sosial iqtisadiyyat" jurnalının redaksiya heyətinin üzvü, Kutaisi Dövlət Universitetinin "Xəbərlər məcmüəsi", ADAU-da nəşr olunan "Aqrar iqtisadiyyat toplusu"nun, Daşkənd Yüngül Sənaye və Toxuculuq İnstitutunda nəşr olunan elmi xəbərlərin redaksiya heyətinin üzvüdür. Onun rəhbərliyi ilə 4 nəfər dissertasiya işi müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

MDB məkanında professor F.Ə.Məmmədov MDB üzrə hərbçilər üçün geyimlərin (DÜİST 27169-88) müəllifi kimi tanınır.

Özü təbiəti etibarı ilə alovlu vətənpərvər olan, vətənini, xalqını böyük məhəbbətlə sevən, bütün həyatını Vətənə, xalqa xidmətə həsr edən professor Fizuli Məmmədovun elmi-pedaqoji fəaliyyətində gənclərin vətənpərvərlik tərbiyəsi xüsusi  yer  tutur. Təsadüfi deyil ki, müqtədir alimə verilən mükafatda da onun bu keyfiyyəti önə çəkilib. O, "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" kimi  qiymətləndirilib. İstedadlı tədqiqatçı alimi  aldığı mükafat münasibətilə təbrik edir,   ona cansağlığı, elmi-pedaqoji fəaliyyətində də böyük uğurlar arzulayırıq. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov