Leyli ƏLİYEVA,
İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbin
müəllimi
Müasir dövrdə məktəbdə informasiya-kommunikasiya
texnologiyalarından istifadə etməklə dərslərin
qurulması şagirdlərdə marağı artırır. Müəllim kimi
biologiya fənninin öyrənilməsi, sevdirilməsi əsas
vəzifəmdir. Artıq şagirdlərdə müstəqil işləmək bacarığı
olduğundan, dərs zamanı verilən tapşırıqlar qruplar
tərəfindən çətinlik çəkilmədən cavablandırılır. Hər bir
müəllim keçdiyi mövzunu daha maraqlı etmək üçün dərsə
yaradıcı yanaşmalıdır. Mən belə yanaşma ilə keçdiyim bir
"açıq dərs"in icmalını təqdim edirəm.
Biologiya fənni
VI sinif
Mövzu:
Heyvanların orqanları və orqanlar sistemi.
Standart:
1.1.2; 2.2.1
Məqsəd:
a) heyvanların orqanlar sisteminin quruluşunu təsvir
edir.
b) heyvanların orqanlar sisteminin funksiyalarını
sadalayır.
İnteqrasiya:
həyat bilgisi: 1.2.1
Coğrafi obyektləri (dağ, təpə, düzənlik, çay, göl)
əlamətlərinə görə fərqləndirir.
Dərsin tipi:
İnduktiv.
İş forması:
Böyük qruplarla iş, kiçik qruplarla iş.
Üsul:
Beyin həmləsi, rollu oyun,
Resurslar:
kitab, tablo, iş vərəqi, marker, İKT.
Fəal-interaktiv dərsin birinci mərhələsi motivasiyadır.
Dərsin sonrakı gedişi motivasiyadan çox asılıdır.
Motivasiya məqsədəuyğun olmalı və şagirdlərdə dərsə
maraq oyatmalıdır. Bu dərsdə motivasiyanı fərziyyə ilə
başlayıram. "Uşaqlar, dərsə gələrkən əlimdə içərisində
balıq olan şüşə vardı. Balığın o qədər hərəkətli
olmasını heç görməmişdim. Qəfil əlimdən şüşə qabı yerə
saldım. Bir müddət balıq hərəkət etdi. Sonra isə onun
hərəkətsizliyini gördüm (bu anda balığı göstərirəm).
Sizcə, balığa nə oldu?". Şagirdlər müxtəlif fikirlər
irəli sürürlər. "Balığa şüşə batdı", "Yerə düşdüyünə
görə", "Balığın hərəkətli olması üçün suya ehtiyacı var"
kimi fikirlər səslənir. Mövzunun adını bu qayda ilə
aldıqdan sonra şagirdlərə müraciət edib, BİBÖ cədvəlinə
əsaslanaraq dərsə başlayıram. Cədvəlin "bildiklərim"
qrafasında şagirdlər bildiklərini qeyd edirlər.
Şagirdlər orqanların adlarını sadalayırlar. Sonra onlara
suallarla müraciət edirəm:
- Orqanlar hansı funksiyanı yerinə yetirir?
Onlar arasında hansı əlaqələr var?
Tədqiqat sualı:
Orqanlar sisteminin heyvan orqanizmində quruluşu və
funksiyası nədən ibarətdir?
II. Tədqiqatın aparılması:
Şagirdləri qruplara bölürəm:
1. Orqanlar qrupu.
2. Sistem qrupu.
3. Vəhdət qrupu.
4. Rollu oyun qrupu.
Şagirdlər hissə-hissə mövzu ilə tanış olub paylanan iş
vərəqi üzrə tədqiqatlarını aparırlar.
İş vərəqi 1
Balıqda, itdə, qurdda, çəyirtkədə orqanlar sistemini
təsvir edin.
İş vərəqi 2
Həzm sisteminin quruluşuna aid olan orqanları seçib
yazın.
(Ağciyərlər, böyrək, ürək, mədə, öd kisəsi, qaraciyər,
nazik bağırsaq, qida borusu, qəlsəmə, çinədan, udlaq,
ağız, göz, burun).
İş vərəqi 3
Qan-damar sisteminin quruluşunu izah etməklə onların
tənəffüs orqanı ilə əlaqəsini müəyyənləşdirin. Bu
bölməni http://skoool.edu.az/biology59.htm saytına daxil
olub izah edirəm.
İş vərəqi 4
Orqanlar sisteminin adlarını yazaraq onlara aid
orqanları müəyyən edin və rollu oyun hazırlayın.
A. Həzm sistemi.
B. İfrazat sistemi.
C. Qan-damar sistemi.
D. Dayaq-hərəkət sistemi.
E. Tənəffüs sistemi.
1.agciyərlər. 2.ürək 3.əzələlər. 4.bağırsaqlar.
5.qəlsəmələr. 6.mədə. 7.damarlar. 8.skelet. 9.sidik
kisəsi. 10.traxeya. 11.böyrəklər.
III. İnformasiya mübadiləsi:
Hər qrup lövhədə işlərini asaraq təqdim edirlər.
Rollu oyun hazırlayan şagirdlər orqanların həm
əhəmiyyətini qeyd edir, həm də hər biri ayrılıqda
özlərini daha vacib sayırlar. Müəllim şagirdləri
alqışlayıb bu fikrə münasibət bildirmək üçün sinfə
müraciət edərək növbəti mərhələyə keçir.
IV. İnformasiya müzakirəsi:
Təqdimatdan alınan cavablara əsaslanaraq əvvəldən
hazırlanmış BİBÖ cədvəlinə nəzər yetirilir və
tamamlanmamış cədvəl tamamlanır.
V. Nəticə və ümumiləşdirmə:
Müəllim şagirdlərin diqqətini tədqiqat sualına yönəldir.
Şagirdlərin cavablarına əsaslanaraq səslənməyən cavablar
bir daha yada salınır və nəticə çıxarılır: - Deməli,
istifadə olunan cədvəldən görünür ki, orqanizmlərdə
bütün orqanlar vahid sistem altında işləyir.
VI. Yaradıcı tətbiqetmə:
Yaradıcı tətbiqetməni Veb 2.0 alətlərindən biri olan
Learningapss.org proqramında hazırladığım "Biliklərimizi
təkmilləşdirək" adlı milyonçu oyunu formatında qurulmuş
interaktiv oyun əsasında təşkil edirəm.
VII. Qiymətləndirmə:
Qiymətləndirmə cədvələ əsaslanaraq aparılır.
Ev tapşırığı kimi şagirdlərə esse yazmağı tapşırıram.
"Balığın hansı orqanını inkar edib və ya əlavə etməklə
onu quruda və havada təsəvvür etmək olar". Bu esseden
əlavə şagirdlərə onlinequzcretor.com saytında
hazırladığım maraqlı bir testi oynamağı tapşırıram.
Bütün şagirdlər hamısı eyni vaxtda bu oyunu oynayır və
öz reytinqlərini görmüş olurlar.
|