Azərbaycan
Dövlət Aqrar Universitetinin əməkdaşları Heydər Quliyev,
Ələkbər Ələkbərov, Rövşən Quliyev, Ramin Abbasov, Zöhrab
Babayev 2015-ci ilin 28 iyul - 17 avqust tarixlərində
Çin Xalq Respublikasında "İnkişaf etməkdə olan ölkələrdə
kənd təsərrüfatının mexanikləşdirilməsi" mövzusunda
keçirilən seminarda iştirak ediblər. Seminar müddətində
müvafiq sahələrin professorlarının mühazirələri
dinlənilmiş, iştirakçılar kənd təsərrüfatı texnikası
istehsalı ilə məşğul olan müəssisələrdə, Kənd
Təsərrüfatının Mexanikləşdirilməsi Elmlər Akademiyasında
(CAAMS) olmuşlar. Akademiyada sıfır becərmə
texnologiyaları, kənd təsərrüfatı məhsullarının emalı,
aqrar siyasət, məhsul yığımında texnikanın tətbiqi, kənd
təsərrüfatının mexanikləşdirilməsi üzrə milli siyasət,
suvarmada suya qənaət texnologiyası, kənd təsərrüfatında
internetin tətbiqinə dair mühazirələri dinlənilib,
müzakirələr aparılıb. Həmçinin, seminar iştirakçıları
Çinin aparıcı şirkətlərdən biri olan YTO Qrupunun
istehsal etdiyi traktor yığımı zavodunda, Şanxay kənd
təsərrüfatının mexanikləşdirilməsi xidməti mərkəzində,
Qlobal tədqiqat və inkişaf mərkəzində, kənd təsərrüfatı
məhsullarının istehsalı və qablaşdırılması şirkəti olan
Yakultda olublar. Dünyanın 17 ölkəsini təmsil edən
nümayəndələrə ADAU əməkdaşları tərəfindən Azərbaycanın
tarixi, bu günü, sosial-iqtisadi inkişafı, kənd
təsərrüfatı, aqrar təhsili barədə verilmiş təqdimat
böyük maraqla qarşılanıb. Seminarın sonunda
iştirakçılara sertifikatlar verilib. |